Qobustanda qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı

Qobustanda qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı

Qobustan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 20-də saat 14 radələrində Qobustan şəhəri ərazisində Bakı şəhər sakini Q.Şahverdiyev idarə etdiyi “Kia” markalı avtomobili qarşıda gedən Təklə kənd sakini B.Cəbrayılovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə Q.Şahverdiyevin sərnişini, qohumu Aytac Məmmədova hadisə yerində ölüb, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə