Üzərinə ildırım düşən çoban öldü

Üzərinə ildırım düşən çoban öldü
Türkiyənin Dənizlinin Bozkurt mahalında üzərinə ildırım düşən iki çobandan biri ölüb, digəri yaralanıb. SİA-nın xəbərinə görə, hadisə nəticəsində sürüdəki bir qoyun da tələf olub. Cumalı kəndində yaşayan 31 yaşındakı Ahmet Ali İççelik ilə 27 yaşındakı Süleyman Özer dünən saat 17:00 radələrində sürüləri otlamağa aparıb. Bir müddətdən sonra başlayan leysan yağış başlayıb və sürünün tapıldığı yerə böyük bir səs-küylə ildırım düşüb. Evli, iki uşaq atası İççelik hadisə yerində həyatını itirib, yanındakı yoldaşı Özer isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə