Gömrük nəzarətinə bəyan olunmayan məhsullar müsadiə edilib FOTO

Gömrük nəzarətinə bəyan olunmayan məhsullar müsadiə edilib FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları avtomobil ehtiyyat hissələrinin və telefon aksesuarlarının ölkənin gömrük sərhəddindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında ölkəmizdən beynəlxalq tranzit yolu ilə göndərilən, "Qara metallardan metal konstruksiyalar və onların hissələri" və "Qara metallardan qolf meydançaları üçün hissələr" kimi bəyan olunan yüklərə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Karqo Terminalında gömrük baxışı keçirilib.

Yoxlama zamanı yüklərin içərisində gömrük nəzarətinə bəyan edilməyən 47 adda avtomobil ehtiyyat hissələri və 2400 ədəd telefon aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə