Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qram, idarə etdiyi “Renault” markalı avtomobilinə baxış zamanı isə 1 kiloqram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB