Bakıda iki evdən oğurluq edildi

Oğurluq etdiyinə görə tutulmuş S.Cəfərovun və S.Bəyalıyevin daha 2 evdən oğurluq etmələri də müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş S.Cəfərovun və S.Bəyalıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların daha 2 evdən ümumilikdə 6700 manat, 700 ABŞ dolları və 550 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə