İki avtomobil toqquşdu, ölən və yaralı var

İki avtomobil toqquşdu, ölən və yaralı var

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 17-də saat 10 radələrində Sumqayıt şəhəri ərazisində H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Taleh Əhmədovun idarə etdiyi “Dong Feng” və şəhər sakini Ə.İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə T.Əhmədov hadisə yerində ölmüş, digər sürücü isə xəstəxanaya yerləşdirilib. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə