Yanvarın 25-də A.Qurbanov küçəsində yerləşən məsciddə Nicat Həsənova məxsus 3 ədəd və Emin Muxtarova məxsus 1 ədəd mobil telefon oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 21-ci PB-nin keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Siyəzən rayon sakini Təbriz İsmayılov mayın 5-də yaxalanıb.
Mayın 5-i saat 23:30 radələrində Balaxanı qəsəbəsi Gülüstan küçəsində Alik Həsən oğlu münaqişə zəminində İlyas Əliyevə bıçaqla xəsarət yetirdiyinə görə Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB