İmişlidə yol qəzası olub, xəsarət alanlar var

İmişli rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə səhər saat 08:00 radələrində İmişli-Biləsuvar avtomobil yolunun 1-ci kilometrliyində, Xubyarlı kəndində qeydə alınıb.

İmişli rayonunun Çaxırlı kənd sakini, 1991-ci il təvəllüdlü İsayev Umud Firudin oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb. Hadisə nəticəsində sərnişinlər – 1988-ci il təvəllüdlü Rəhimov Miradəm Miraslan oğlu və 1984-cü il təvəllüdlü İsayev Zamiq Çingiz oğlu xəsarət alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...