İntihar hücumu: 10 polis öldü

İntihar hücumu: 10 polis öldü
İraqda bir polis bölməsi yaxınlığında partlayıcı dolu yük maşını ilə edilən intihar hücumunda 10 polis həyatını itirib. SİA-nın xəbərinə görə, bu səhər İraqın cənubundakı Hille kəndində bir polis bölməsi yaxınında partlayış olub. Yük maşını polis məntəqəsi yaxınlığında partladılıb, nəticədə 10 polis həyatını itirib. Təhlükəsizlik İdarəsinin səlahiyyətliləri səhər erkən saatlarda şəhər mərkəzində baş verən hücumda 25 polis məmurunun da yaralandığını söyləyiblər. Ölü sayının artacağı istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə