Avtomobillərdən mobil telefon oğurlayan şəxs tutuldu

Avtomobillərdən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.İsgəndərov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Lökbatan qəsəbəsi ərazisində Göyçay rayon sakini F.Atakişiyevin “Ford” markalı avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.İsgəndərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb. Ətrafında aparılmış tədbirlərlə onun daha 6 avtomobildən ümumilikdə 6 mobil telefon oğurlaması da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə