Dələduzluq edən Gədəbəy rayon sakini barəsində cinayət işi başlanıb

Dələduzluq edən Gədəbəy rayon sakini barəsində cinayət işi başlanıb
Bakıda dələduzluq edən Gədəbəy rayon sakini barəsində cinayət işi başlanıb. Cinayət hadisəsi paytaxtın Xətai rayonu ərazisində törədilib. Rayon Polis İdarəsindən bildirilib ki, Gədəbəy rayon sakini Nəsimi Qədirov müxtəlif vədlər verərək Bakı şəhər sakinləri Hafiz Əliyev, Zakir Əsgərov və Çimnaz Həsənovanın etimadlarını qazanaraq onlardan ümumilikdə 9600 manat pul alıb. Lakin o, verdiyi sözə əməl etməyib. Milli.Az xəbər portalının məlumatına görə, həmin şəxslərin şikayəti əsasında Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb, isitntaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə