Qəbələdə faciəvi hadisə - ÖLƏN VAR

Qəbələdə faciəvi hadisə - ÖLƏN VAR

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Nohurqışlaq kəndində “BАЗ” markalı minik avtomobilinin hasara çırpılması barədə məlumat daxil olub. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Eyvazov İman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə