Goranboy rayonunun Goran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 28-də saat 16 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Səfikürd kənd sakini Tapdıq Behbudov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurmuş və nəticədə hadisə yerində ölüb.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB