Xaçmazda yanğın

Xaçmaz rayonunun Padar kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə