4 yaşlı uşaq süd qazanına düşüb öldü

4 yaşlı uşaq süd qazanına düşüb öldü

Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb. SİA-nın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində qeydə alınıb.

Qəsəbə sakini, 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov yaşadığı evdə qaynayan süd qazanına düşərək yanıb. Uşaq yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, orada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə