Bakının Mərdəkan qəsəbəsində 52 yaşlı şəxsi avtomobil vurub

Bakının Mərdəkan qəsəbəsində 52 yaşlı şəxsi avtomobil vurub

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Yol kənarında dayanan 1968-ci il təvəllüdlü Bayramov Nadir Bayram oğlunu minik avtomobili vurub. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə