İstifadəyə yararlı olan məhsulları yararsız tullantı kimi keçirməyə cəhd etdilər

İstifadəyə yararlı olan məhsulları yararsız tullantı kimi keçirməyə cəhd etdilər

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları istifadəyə yararlı olan dəri yükünün, istifadəyə yararsız dəri tullantıları kimi rəsmiləşdirilərək ixrac olunması və beləliklə də, gömrük ödənişlərini ödəməkdən yayınılması cəhdinin qarşısını alıblar. SİA-nın xəbərinə görə, belə ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda ölkəmizdən ixrac olunan "Lövhələr şəklində, rulonlarda olmayan dəri məmulatlarının istehsalı üçün yararsız təbii və ya kompozisiyalı dərinin kəsikləri və digər tullantıları" adlı yükü aparan "Mercedez-Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Gömrük yoxlanılması zamanı müşayiət sənədlərinin arasında faktiki ixrac olunan yükə aid olmayan sənədlər aşkar edilib. Həmçinin, sənədlər arasında Mərkəzi Gömrük Ekspertizasının müvafiq rəyinin olmadığı da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə