Xırdalan şəhərində qız üstündə baş vermiş qanlı insidentin acı nəticəsi - 2 ölü, 3 yaralı
Abşeron rayonu, Xırdalan şəhərində baş vermiş qanlı insidentin bəzi təfərrüatları məlum olub.
SİA xəbər verir ki, şəhərin Mirzə İbrahimov küçəsində bir neçə şəxs arasında qeydə alınmış kütləvi dava zamanı daha bir nəfərin xəsarət aldığı dəqiqləşib. Belə ki, hadisə zamanı qətlə yetirilən Məmməd Məmmədovun qardaşı Xəlil Məmmədov da xəsarət alaraq Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Kütləvi davanın azı 5-6 nəfər arasında yarandığı bildirilir. Şahidlərin sözlərinə görə, dava qız söhbəti üstündə yaranıb.
Hadisə ilə bağlı istintaq araşdırmalarına başlanılıb. Abşeron rayon Prokurorluğunun əməkdaşları və polis nümayəndələri hadisə yerində olub.
***
Saat 00:35
Abşeron rayonunda qətl törədilib.
APA xəbər verir ki, hadisə zamanı 3 nəfər bıçaqlanıb.
Belə ki, dava zamanı 1992-ci il təvəllüdlü Tural Quliyev, 1992-ci il təvəllüdlü Həsənəliyev İlqar Yaşar oğlu, Məmməd Məmmədov və Həsən adlı daha bir şəxs bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan M.Məmmədov və Həsən adlı şəxs hadisə yerində keçinib.
Hadisənin təfərrüatları Abşeron prokurorluğu tərəfindən araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB