Kiyevdə azərbaycanlılar güllələndi Ermənilər şübhəlidir

Kiyevdə azərbaycanlılar güllələndi Ermənilər şübhəlidir

Ukraynanın paytaxtı Kiyevdə iki azərbaycanlı tələbəyə atəş açılıb. SİA xəbər verir ki, bu barədə "Strana" portalı məlumat verib.

Naməlum şəxslər iyulun 25-nə keçən gecə Konovaltsya küçəsində, "Montekki və Kapuletti" restoranının yaxınlığında "Mercedes-Gelenvagen" markalı avtomobildən azərbaycanlı tələbələrə tapançadan atəş açıblar.

Bildirilir ki, atəşin açıldığı 50 RV 100 dövlət nömrə nişanlı avtomobilin və hadisəni törədən şəxslərin tapılması üçün hüquq-mühafizə orqanları hərəkətə keçib.

Məlumatda o da qeyd olunur ki, ayağından yaralanan Azərbaycan vətəndaşı Nicat Kərimov Kiyev şəhər 8 saylı Kilinik Xəstəxanaya yerləşdirilib. Digər şəxs - 2000-ci il təvəllüdlü Azər Abbasov da ayağından yaralanıb, ona tibbi yardım göstərilib, lakin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Hadisənin ermənilər tərəfindən törədildiyi ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə