İmişlidə baş verən yanğın zamanı 2 nəfər xəsarət alıb

İmişlidə baş verən yanğın zamanı 2 nəfər xəsarət alıb
İmişli rayonunda yanğın hadisəsi baş verib. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, İmişli rayonunda həyətyanı sahədə həcmi 5 litr olan məişət qaz balonunun başlıq hissəsi yanıb. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə