İyulun 19-da Bakı şəhər sakini Əkbər Nuriyevin qayınatasının yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət daxil olub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, müraciət əsasında aparılan araşdırma zamanı polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində iyulun 19-da qayınatası A.Rzayevin Ə.Nuriyevi Lerik rayonunun Çayrud kəndindəki evinə aparması, iyulun 20-də isə orada onu küt alətlə vuraraq qətlə yetirməsi, habelə sonradan kəndin meşə zolağında meyitini yandıraraq basdırması müəyyən edilib.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, meyit gizlədilmək məqsədi ilə basdırılmış yerdə yanmış vəziyyətdə aşkar edilərək məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün eksqumasiya edilərək aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rzayev paytaxt ərazisində tutulub.
Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB