Goranboyda 15 ton ot bağlaması yandı

Goranboyda 15 ton ot bağlaması yandı

Goranboy rayonunun Səmədabad kəndində həyətyanı sahəyə yığılan 24 ton ot bağlamasının 15 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə