Bakıda mənzildən 27 min manatlıq oğurluq edildi

Bakıda mənzildən 27 min manatlıq oğurluq edildi

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Məmmədov və M.Qasımov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 27240 manat dəyərində mebel və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Məmmədov və M.Qasımov saxlanılıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə