Sabirabad rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, iyulun 21-də saat 18:00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində Yolçubəyli kənd sakini Teyyub Mikayılov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb.
Qəza nəticəsində sürücü və iki sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Hadisə ilə bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB