Abşeronda ata və oğlu bıçaqlanıb

Abşeronda ata və oğlu bıçaqlanıb

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. İnsident Novxanı qəsəbəsində qeydə alınıb. SİA-nın xəbərinə görə, Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, 1956-cı il təvəllüdlü Ağamalıyev Ağamalı Rəcəb oğlu və onun övladı, 1986-cı il təvəllüdlü Ağamalıyev Rəcəb Ağamalı oğlu yaşadıqları evin həyətində tanışları tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə