Mingəçevirdə yanğın olub

Mingəçevir şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin döşəməsi 5 m² sahədə yanıb.

Fövqəladə hallar nazirliyindən SİA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə