Mağazadan oğurluq edildi

Mağazaların birindən 1655 manat oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini R.Soltanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də şəhər ərazisindəki mağazaların birindən 1655 manat oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş R.Soltanov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə