Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 75 kv.m olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 10 kv.m sahədə və dam örtüyü 50 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB