İranın Qəzvin əyalətində fəaliyyət göstərən kimya zavodunda yanğınla nəticələnən partlayış baş verib. SİA-nın "Fars" agentliyinə istinadən verdiyi xəbərə görə, Əlborz sənaye şəhərciyində kimyəvi məhsullar istehsal edən "Bonyan" şirkətinə aid zavodda qeydə alınmış hadisə 2 nəfərin ölümünə səbəb olub.
Partlayış zamanı zavodda olan 20 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yanğın söndürülüb. Hadisənin başvermə səbəbi və yanğının ümumi sahəsi barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB