Sabirabad rayonunun Qaratuğay kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 13-də saat 16 radələrində Sabirabad rayonunun Qaratuğay kəndi ərazisində Yenikənd kənd sakini H.Salahov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Səbuhi Rüstəmovu vurduqdan sonra avtomobili aşırıb. S.Rüstəmov hadisə yerində ölüb.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə