Axtarışda olan cinayətkar yaxalanıb

Axtarışda olan cinayətkar yaxalanıb
Nərimanov rayon Polis İdarəsi axtarışda olan şəxsi yaxalayıb. Cinayətkar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsilə saxlanıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Arzu Balayev mayın 2-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Lent.az saytının verdiyi xəbərə görə, faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə