Xəzər RPİ PPXB və 2-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 297-ci (bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) maddəsilə axtarışda olan Bakı şəhər sakini Asəf Zeynalov mayın 2-də tutulub.
Bakı şəhər Bakı Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ 16-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsilə axtarışda olan Arzu Balayev mayın 2-də tutulub.
Sumqayıt ŞPŞ tərəfindən alimentə görə axtarışda olan əvvəllər məhkum olunmuş Valeh Rufullayev Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə Sumqayıt ŞPŞ-yə təhvil verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB