Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 8-ci km-də, Kür çayı üzərində yerləşən körpü yenidən uçub. 34 saylı Yol İstismar İdarəsinin rəis müavini Nizami Məmmədovun SİA-nın Aran bürosuna verdiyi məlumata görə, bu, artıq son 20 gündə körpüdə üçüncü oxşar hadisədir: "Bunun əsas səbəbi körpü üzərindən həddindən artıq ağır tonnajlı yük maşınlarının hərəkət etməsidir. Əvvəllər həmin avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulsa da sonradan buna əhəmiyyət verən olmayıb. Bunun da nəticəsində körpü tez-tez qəzalı vəziyyətə düşür".
İdarə rəsmisinin sözlərinə görə, bu gün körpü saat 17:00-a qədər təmir olunaraq yenidən istifadəyə veriləcək. Amma ağır tonnajlı avtomobillərin körpü üzərindən keçməsinə məhdudiyyətlər qoyulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB