Dünən 17:50 radələrində Şirvan şəhərində 7 yaşlı oğlan uşağını maşın vurub. SİA-nın Aran bürosuna Şirvan Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru Sadiq Orucovun verdiyi məlumata görə, hadisə Şirvan şəhərinin mərkəzində M.Rəsulzadə prospektində baş verib.
Sürücü Nikukər Səbuhi Həsən oğlu "VAZ 2106" markalı, 10 NC 644 dövlət qeydiyyat nişanlı avtomobillə köməkçi yolda yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və 1 metrlik hündürlüyü olan dəmir çəpəri aşaraq parka girib və həmin ərazidə olan 7 yaşlı Mürsəlov Elyar Ramil oğlunu vurub. Uşaq hadisə yerində dünyasını dəyişib.
İlkin ehtimala görə sürücü sərxoş vəziyyətdə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB