Daşkəsən-Xoşbulaq yolunda baş verən yol qəzası yeni ailə quran gəncin həyatına son qoyub
Daşkəsən rayonunun Xoşbulaq yolunda insan tələfatı ilə nəticələnən ağır yol qəzası baş verib. Daşkəsən rayonunda dumanlı hava yeni ailə quran gənc sürücünün həyatına son qoyub. Dumanlı havada idarəetməni itirən sürücü avtomobili ilə birlikdə gölə düşüb. Hadisə gecə saatlarında Daşkəsən-Xoşbulaq yolunun 2-ci kilometrliyində baş verib.
Xoşbulaq istiqamətinə hərəkət edən 25 yaşlı Asif Tağıyev idarə etdiyi "VAZ-2107" markalı 16 BB 243 dövlət nömrə nişanlı avtomobili ilə yoldan çıxaraq dərədən yuvarlanıb. Asif Tağıyev 53 metirlik sərt uçurumdan yuvarlanaraq avtomobillə gölə düşüb. Göldə suyun həddindən artıq bulanıq olması dalğıclar tərəfindən avtomobil və sürücünün axtarışlarını bir neçə saat uzadıb.
Daşkəsən RPŞ-nin baş müstəntiqi İlqar Əliyev bildirib ki, idarəetməni itirən avtomobil öz yolundan çıxaraq yolun sol tərəfindəki uçurumdan Daşkəsən Filizşaflaşdırma ASC-nin süni yaratdığı gölə düşüb. Hadisə yerinə FHN–nin Dövlət Sularda Xilasetmə Xidmətinin Aran dalğıc axtarış qrupunun əməkdaşları cəlb olunub. Asif Tağıyevin meyiti və avtomobil sudan səhər saatlarında çıxarılıb.
Kəpəz televiziyasının xəbərinə görə, gölün 5 metr dərinliyindən çıxarılan maşın və meyit ekspertiza olunub. Faktla bağlı Daşkəsən rayon PŞ-də Cinayət Məcəlləsinin 263.2 maddəsilə iş açılıb, istintaq aparılır. A.Tağıyev yeni ailə həyatı qurub və Daşkəsən Dövlət Baytarlıq Xidmətində kompyuterçi işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB