23 yaşlı təzə gəlin intihar etdi

23 yaşlı təzə gəlin intihar etdi
Mayın 2-də saat 21:00 radələrində Binəqədi rayonunda yeni gəlin köçən qız intihar edib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Binəqədi rayonunda yaşayan Ağsu rayonu Ərəbmehdibəyli kənd sakini, 1988-ci il təvəllüdlü Bayramova Zəminə Hicran qızı yaşadığı mənzilin hamamında xalatının kəmərini dəmir boruya bağlayaraq özünü asıb.

Lent.az saytının xəbərinə görə, yeni ailə quran 23 yaşlı Zəminə Bayramovanın hansı səbəbdən canına qəsd etməsi məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə