Dərman preparatları və mobil telefonlar aşkarlandı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. SİA-nın xəbərinə görə, yoxlama zamanı nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan edilməyən 2 ədəd qutusu və aksesuarları olmayan "İPhone" markalı mobil telefon, 310ədədhəb, 100 kapsul, 39 flakon, 20 ampul, 30 paket müxtəlif adda dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...