Yasamalda 2 Mercedes” və 1 “Jiquli” toqquşub

Yasamalda 2 Mercedes” və 1 “Jiquli” toqquşub

Ötən gecə Yasamal rayonu Mirzağa Əliyev küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza iki "Mercedes" və bir "VAZ-2107" markalı nəqliyyat vasitələri toqquşması nəticəsində baş verib. SİA-nın məlumatına görə, hadisə zamanı "Mercedes"lərdən biri yüksək sürətlə hərəkət edərək əvvəl yolun kənarında dayanan eyni markalı avtomobilə çırpılıb. Həmin maşın isə qarşıda dayanan "VAZ-2107" ilə toqquşub.

Qeyd edək ki, qəzaya səbəb olan "Mercedes"in sürücü hadisədən sonra idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanını da açaraq hadisə yerindən yayınıb.

Hazırda Yasamal rayon dövlət yol polis şöbəsində qəzadan sonra hadisə yerindən yayınan sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə