Qazax rayonunun Daş Salahlı kəndində "QEDEİR" markalı kombaynın salonu və mühərrik hissəsi qismən yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, kombaynın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə