SİA Bakıda qısqanclıq zəminində törədilən qətlin təfərrüatlarını əldə edib. Xəzər rayon Polis İdarəsindən bildirildi ki, qanlı hadisə "Günəşli" sanatoriyasında törədilib. Qətlə yetirilən Əli Əliyev, önu öldürən Rafiq Süleymanovun arvadı ilə bir sanatoriyada işləyirmiş. R.Süleymanov mühasib arvadını sanatoriyanın anbardarı olan Ə.Əliyevə qısqanırmış. O, arvadı ilə anbardarın arasında yaxınlığın olmasından şübhələnib.
Məsələyə aydınlıq gətirmək üçün o, Əli Əliyevlə görüşüb və məsələyə bıçaqla son qoyub.
Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları R.Süleymanovu tutaraq istintaqa təhvil verib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb. Milli.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB