Gəncədə oğlu oğurluq edən polis şöbə rəisi işdən çıxarıldı

Gəncədə oğlu oğurluq edən polis şöbə rəisi işdən çıxarıldı
Gəncədə oğlu oğurluq edən polis şöbə rəisi işdən çıxarıldı. SİA Milli.Az xəbər portalına istinadən xəbər verir ki, Gəncədə oğurluq üstündə həbs edilən şəxsin polis əməkdaşının oğlu olduğu müəyyənləşib.

Kəpəz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də Məhəbbət Məmmədovanın evindən 1 ədəd videomaqnitofon, geyim və ev əşyaları oğurlayan Gəncə şəhər sakinləri Elmin Bayramov, Orxan Həsənov, Tural Cəfərov və əvvəllər məhkum olunmuş Bəxtiyar Məmmədov tutulublar. Onların ətraflarında aparılan əməliyyat tədbirləri nəticəsində adıçəkilən şəxslərin cari ilin mart ayının 2-dən 5-dək olan müddət ərzində Gəncə şəhər sakini Faiq Həsənovun evindən qızıl əşyaları oğurlamaları da müəyyən edilib.

Dəstənin üzvü Orxan Həsənov Gəncə şəhəri, Nizami Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Ədalət Həsənovun oğludur. Məlum hadisədən sonra Ə. Həsənov işdən çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə