Daşkəsəndə sürücü avtomobili ilə birlikdə gölə düşüb

Daşkəsəndə sürücü avtomobili ilə birlikdə gölə düşüb

Daşkəsən - Xoşbulaq yolunda ağır yol qəzası baş verib. Tağıyev Asif Akif oğlunun idarə etdiyi "VAZ 21074" markalı, 16 BB 243 dövlət nömrə nişanlı avtomobil gölə düşüb.

 

Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, maşın 50 metrlik dərədən yuvarlanaraq gölə aşıb. Avtomobilin sürücüsü yerindəcə keçinib.

 

İlkin ehtimallara görə qəzaya dumanlı hava şəraiti səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə