Oğurluq edən şəxslər tutulub. SİA "Qafqazinfo"ya istinadən xəbər verir ki, yanacaqdoldurma məntəqəsinə saxta əsginaz vermiş Xaçmaz şəhər sakini T. Dəmirov saxlanılıb.
Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də "Azpetrol" yanaсaqdoldurma məntəqəsinə saxta 100 manatlıq əsginazı vermiş Xaçmaz şəhər sakini Tərlan Dəmirov həbs edilib. T.Dəmirovun həmin əsginazı həmyerlisi Murad Osmanovdan alması müəyyən edilmiş və o da tutulub.
Daha bir hadisə Xətai rayonunda qeydə alınıb. Aprelin 24-də Xəstələrə Yardım Fonduna məxsus avtomaşını qaçırmış Bakı şəhər sakini S.Dadaşov saxlanılıb. Xətai PRİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də Xəstələrə Yardım Fondunun Azərbaycan Şöbəsinə məxsus "Mitsubishi" markalı avtomaşını qaçırmış Bakı şəhər sakini Şəmil Dadaşov tutulub.
Oğurluq etdiklərinə görə aprelin 22-də Yevlax RPŞ əməkdaşları tərəfindən tutulmuş Aqil Mustafayevin və Ramin Rzayevin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Yevlax Telekommunikasiya Qovşağına məxsus rabitə kabelinin 100 metrlik hissəsini kəsərək oğurlamaları da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB