Evlərdən oğurluq edən şəxslər tutuldu

Sumqayıt şəhəri ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da şəhər ərazisindəki evlərin birindən 200 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri, əvvəllər məhkum olunmuşlar – R.İsmayılov və T.Hacıyev saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların daha 3 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları, habelə 1 evdən oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə