Qaxda mağaza soyan keçmiş məhkum saxlanıldı

Qaxda mağaza soyan keçmiş məhkum saxlanıldı

Qax rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, əməliyyatı Qax Rayon Polis Şöbəsinin əməkdaşları keçiriblər.

Əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 1 250 manat pul oğurlamaqda şübhəli bilinən Qaxingiloy kənd sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə