Mənzillərdən oğurluq edən şəxslər saxlanılıb

Mənzillərdən oğurluq edən şəxslər saxlanılıb

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Bakı şəhər sakinləri Amil Əliyev, Əkbər Hüseynov və Muraz Qəhrəmanov mayın 1-də tutulublar. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, araşdırma nəticəsində məlum olub ki, onlar aprelin 9-na keçən gecə Rüfət Rüstəmova məxsus Albalılıq bağ massivində yerləşən bağ evindən qapını sındırma yolu ilə transformator, qaz balonu, reduktor, kəsici alət, aprelin 19-na keçən gecə Anar Ağayevə məxsus evdən qapını sındırma yolu ilə elektrik avadanlıqları, 85 metr elektrik naqili, samovar, Qurban Qasımova məxsus evdən isə qapını sındırma yolu ilə 500 metr elektrik naqili, samovar və ev əşyaları oğurlayıblar.

Martın 19-da Suraxanı qəsəbəsində yaşayan Mehdi Abbasova məxsus sexdən açar seçmə yolu ilə qaynaq aparatının hissələri, elektrik dreli, su nasosu və açarlar oğurlanıb. Suraxanı RPİ 31-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Rəşad Abdullayev mayın 1-də tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə