Ağstafada elektrovoz qadını vurub

Ağstafada elektrovoz qadını vurub

Böyükkəsik dəmir yolu istiqamətindən Ağstafa istiqamətinə hərəkət edən elektrovoz rayon sakini Paşayeva Afət Qənbər qızını vurub.

 

Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, qadın baş nahiyəsindən xəsarət alıb. O dərhal Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Yaxınlarının bildirdiyinə görə A. Paşayeva elekrtovozun yaxınlaşmasından xəbərsiz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə