Göygöl rayonunun Aşıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 23-də saat 20 radələrində Göygöl rayonunun Aşıqlı kəndi ərazisində Gəncə şəhər sakini E.Novruzov idarə etdiyi “QAZ-24” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə sərnişini olan arvadı Dürdanə Namazova hadisə yerində ölmüş, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB