Cari ilin birinci rübündə Azərbaycan üzrə qeydə alınmış 697 yol nəqliyyat hadisələrində 204 nəfər həlak olub, 730 nəfər yaralanıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, qeydə alınan yol qəzalarında 17 uşaq ölüb. İdarədən bildirilib ki, respublikada ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 180 (34,8 faiz), həlak olanların sayı 25 nəfər (13,9 faiz), yaralananların sayı isə 212 nəfər (40,9 faiz) artıb. Hadisələrin 90,7 faizi (632) sürücülərin günahı üzündən baş verib.
Qəzaların 43 faizi (300) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 20,5 faizi (143) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 9,3 faizi (65) yolayrıclarını keçmə qaydalarının pozulması, 3 faizi (21) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Hadisələrin 43,9 faizini (306) piyadaların vurulması təşkil edib, nəticədə 95 piyada həlak olub, 226-sı yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB