Bakıda gözəllik salonu və ofisdən oğurluq edildi

Bakıda gözəllik salonu və ofisdən oğurluq edildi

Bakıda gözəllik salonu və ofisdə oğurluq hadisəsi baş verib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan S.Pənahovun ətrafında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 gözəllik salonundan 1 700 manat pul və 1 ofisdən 170 manat pul, 250 manat dəyərində mobil telefon və qol saatı oğurlaması da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə